AZ

"Şkendiya" azərbaycanlı azarkeşlərə nə qədər yer ayırıb?


"Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə “Şkendiya" (Şimali Makedoniya) ilə keçiriləcək oyunla bağlı azarkeşlərinə müraciət edib.

News24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə bildirilib ki, oyunu “National Arena Todor Proeski" stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 17:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq.

Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "North-West Block 26" sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti 5 avrodur. Azarkeşlər üçün "National Arena Todor Proeski" stadionunda 1000 yer ayrılıb.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərinizdə olmalıdır. Vauçerləri biletə dəyişmək üçün kassaların matçın start fitindən 2 saat öncə açılacağı bildirilib.

Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu avqustun 5-i keçiriləcək və saat 22:00-da (Bakı vaxtı ilə) start götürəcək./qol.az


 

Seçilən
20
11
news24.az

10Mənbələr