Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə "Crocus Fitness Sea Breeze" Beynəlxalq Padel Kuboku start götürüb.
90deqiqe.Az-ın məlumatına görə, Açılış mərasimində iştirak edən federasiya rəsmiləri idmançılara uğurlar arzulayıb, padelin Azərbaycanda sürətli inkişafından danışıblar.
İlk yarış avqustun 3-ə qədər, ikinci turnir isə 5-dən 7-ədək davam edəcək.
Beynəlxalq mübarizədə Azərbaycanla yanaşı İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Latviya, Sudan, Ukrayna, İsrail, Qazaxıstandan olan idmançılar iştirak edir. Ümumilikdə 36 padelçi medallar uğrunda yarışır.