AZ

Lekler Macarıstanda poulu qazanıb

Formula-1 üzrə Macarıstan Qran-prisində təsnifat mərhələsi yekunlaşıb.

İdman.biz xəbər verir ki, poulu "Ferrari" pilotu Şark Lekler qazanıb.

Monakolu sürücü sabah keçiriləcək əsas yarışa ilk pillədən start verəcək. Sıralamada növbəti yerləri "Maklaren" sürücüləri tutublar. Oskar Piasti ikinci, Lando Norris təsniftı üçüncü pillədə başa vurub. Son 4 mövsümün çempionu Maks Ferstappen ("Red Bull") yarışa 8-ci yerdən başlayacaq.

Qeyd edək ki, bu mövsüm Macarıstanda yubiley - 40 Qran-pri keçiriləcək.

İdman.biz

Seçilən
30
1
idman.biz

2Mənbələr