AZ

Salyanda Kürdə batan şəxsin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Salyan şəhərindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
11
2
unikal.az

10Mənbələr