AZ

PKK nı tərksilah etmək üçün təzyiq! Öcalan üç ölkənin adını çəkir

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Terrordan Azad Türkiyə” layihəsi çərçivəsində ən mühüm mərhələ mayın 12-də PKK-nın özünü buraxdığını və silahı yerə qoyduğunu bəyan etməsi ilə baş verib.

Turkustan.az xəbər verir ki, bunun ardınca prosesin hüquqi əsaslarını formalaşdırmaq məqsədilə Türkiyə Böyük Millət Məclisində “Terrordan Azad Türkiyə Komissiyası” yaradılıb.Bu müddətdə PKK lideri Abdullah Öcalanın prosesi yaxından izlədiyi və İmralı protokollarında əksini tapan təəccüblü xəbərdarlıqları diqqət çəkib. “Nəfəs” qəzetində jurnalist Aytunç Erkinin köşə yazısına əsasən, Öcalan may ayında İmralı heyəti ilə görüşündə qeyd edib:

“Prosesi pozmaq istəyənlər var. Bu masa və müzakirə olunan mövzular tarixi əhəmiyyət daşıyır. Proses 100% uğurlu ola bilərmi? Bu, real deyil.”Heyətin qeydlərinə görə, Öcalan əlavə edib ki:“Kəndildə xarici qüvvələrin təzyiqləri hiss olunur. Bəziləri zəngdən sonra müdaxilə edir və ‘silahlarınızı yerə qoymayın’ deyirlər. Soruşurlar ki, niyə Rojavada federasiya istəmirsiniz? BMT və digər beynəlxalq aktorlar prosesi dəstəklədiklərini söyləsələr də, arxa planda əks mesajlar verirlər. İndiyə qədər salam verməkdən çəkinənlər indi Qəndillə görüşmək istəyir, dəstək verməyə can atırlar.”İddialara görə, Öcalan bu məlumatlara belə reaksiya verib:“İndi bunu deyirlər. Maraqlıdır, bu vaxta qədər demirdilər. Axı bu qüvvələr Amerikanın, İsrailin, İranın təsir dairəsində deyilmi? (Heyətə dönərək) Gəlin, buna birlikdə baxaq. Mən sizə deyirəm: başa düşün və nəticəni özünüz çıxarın. Görürsünüzmü, onlardan nə almaq olar? Rica edirəm, sərbəst danışın. Elə bilin ki, gizli görüşdəyik.”Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
icma.az

2Mənbələr