AZ

Ətraf Mühit və Korporativ Sosial Məsuliyyət: yaşıl dəyərlərlə irəli

Ətraf mühitə qarşı məsuliyyət sadəcə bir seçim deyil, həm də zərurətdir. Davamlı inkişaf, ekoloji tarazlığın qorunması və gələcək nəsillərə sağlam dünya ötürmək üçün strateji yanaşma tələb olunur.

Şirkətlər fəaliyyətlərini planlayarkən yalnız iqtisadi hədəfləri deyil, həm də planetimizin gələcəyini nəzərə almalıdırlar. Onlar fəaliyyətlərinin, məhsullarının ətraf mühitə verdiyi təsiri düşünməkdən məsuldurlar.

Korporativ Sosial Məsuliyyət (KSM) çərçivəsində ətraf mühitin qorunması əsas istiqamətlərdən biridir. Bu yanaşma şirkətlərin yalnız istehsal və xidmət fəaliyyəti ilə kifayətlənməyib, həm də cəmiyyət və ekosistem qarşısında məsuliyyət daşımasını ifadə edir.

Şirkətlərin ətraf mühitə qarşı məsuliyyətləri aşağıdakı istiqamətlərdə özünü göstərir:

🔸Gələcək nəsillər üçün ekosistemləri qorumaq – Təbiətin və təbii resursların qorunması gələcək nəsillərin sağlam həyat şəraiti ilə təmin olunması deməkdir.

🔸Cəmiyyətdə ekoloji nümunə yaratmaq – Ətraf mühitin qorunmasında liderlik göstərən şirkətlər həm digər şirkətləri, həm də fərdləri eyni məsuliyyəti daşımağa təşviq etməli

🔸 Resurslardan səmərəli və davamlı istifadə – Enerji, su və xammal kimi resursların düzgün idarə olunması ekosistemlərin davamlılığını təmin etməli

🔸Fəaliyyət sahələrində ekoloji təsirləri azaltmaq – Şirkətlər fəaliyyət göstərdikləri icmaların ekoloji rifahına töhfə verərək həm sosial, həm də ekoloji fayda yaratmalı

🔸Müştərilərdə düzgün istehlak vərdişlərini təşviq etmək – Ekoloji məhsullar təqdim edən şirkətlər, eyni zamanda, müştəriləri də “yaşıl seçimlər” etməyə təşviq edir.

Seçilən
8
ekologiya.az

1Mənbələr