AZ

Milan , Borussiya və Ayaks onunla maraqlanır

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona" 19 yaşlı sağ cinah müdafiəçisi Ektor Fortun transferinə açıqdır. 

QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Kataloniya klubunda bu mövqedə kifayət qədər oyunçunun olması səbəbindən Fortun ayrılığı mümkündür. Gənc futbolçu ilə "Milan", Dortmund "Borussiya"sı və "Ayaks" klubları maraqlanır.

Bildirilir ki, Fortun özü mövsümöncəsi hazırlıq dönəmində "Barselona"nın heyətində yer uğrunda mübarizə aparmaq niyyətindədir. Lakin komandanın son qərarına əsasən onun ayrılmaq ehtimalı da istisna olunmur.

Qeyd edək ki, akademiyanın yetirməsi olan Fort ötən mövsüm bütün turnirlərdə 21 matçda meydana çıxıb, lakin məhsuldar göstəricisi olmayıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
qol.az

2Mənbələr