AZ

Dünya çempionatı: sərbəst güləşçilərimiz mübarizəyə qoşulublar

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatıdavam edir.

Trend xəbər verirki, yarışın beşinci günündə 48, 55, 65, 80 və 110 kq çəkidərəcələrində sərbəst güləşçilər xalçaya çıxıblar.

48 kq çəki dərəcəsində çıxış edən Rəvan Həsənzadə belarusluMakar Markoviç üzərində vaxtından əvvəl – 12:0 hesablı qələbəqazanıb. Daha sonra özbəkistanlı Cahangir Tulkunova qarşı keçirdiyigərgin qarşılaşmada da üstün olan idmançımız bu görüşdən 4:2hesablı qələbə ilə ayrılıb. Yarımfinalda amerikalı Ariah Millsə 2:7hesabı ilə məğlub olan Rəvan sabah bürünc medal uğrunda Gürcüstantəmsilçisi Giorgi Narimanidze ilə Rusiya güləşçisi İslam Rabadanovarasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.

55 kq çəki dərəcəsində yarışan Ruslan Əlizadə moldovalı DanBulqaru və kanadalı Aaharen Piranavan üzərində ardıcıl olaraq 10:0hesabı ilə qələbə qazanıb. 1/4 finalda rusiyalı Çingis Sarıqlarlaqarşılaşan təmsilçimiz 6:1 hesabı ilə üstünlük əldə etsə də,təşəbbüsü əldən verərək 8:9 hesabı ilə uduzub.

65 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn İsmayılov ilkgörüşdə kanadalı Liam Qortonu 4:2, ardınca yunanıstanlıKonstantinos Mixailidisi 11:0 hesabı ilə məğlub edib. Daha sonraqırğızıstanlı Adisbek Altınbekov üzərində 2:1 hesablı qələbəqazanan güləşçimiz yarımfinalda qazaxıstanlı Yerali Askerbekə dəqalib gəlib – 3:1. Hüseyn sabah finalda ABŞ təmsilçisi ArseniKikinyovla qarşılaşacaq.

80 kq çəki dərəcəsində çıxış edən Nihad Süleymanlı debütdəermənistanlı Vaçe Aslanyanı 7:1 hesabı ilə məğlub edib. 1/4 finalayüksəlməyə yaxın olan təmsilçimiz döyüşün son 3 saniyəsindəüstünlüyü əldən verərək rusiyalı İssa Zanqiyevə 5:7 hesabı iləuduzub.

110 kq-da yer alan Hakim Tağıyev yarışa güclü start verib. O,belaruslu Mikita Tkaçiki vaxtından əvvəl – 10:0 hesabı ilə,amerikalı Aleksander Teyloru isə 7:6 hesabı ilə məğlub edib. 1/4finalda Avropa çempionu, rusiyalı Maqomedrasul Omarova 0:5 hesabıilə uduzan pəhləvanımız sabah təsəlliverici görüşdə mübarizəaparacaq. Onun rəqibi Ermənistan təmsilçisi Laert Movsesyan və ÇinTaypeyi güləşçisi Yu Çuanq arasında keçiriləcək görüşün qalibiolacaq.

Seçilən
6
1
az.trend.az

2Mənbələr