Ofelya Şabanova Nigar Camal və Fərqanə Qasımova qalmaqalına fikir bildirib.
İfaçı qeyd edib ki, soyunmadan da sənət nümayiş etdirmək mümkündür:
“Nigar Camal uzun müddət Avropada yaşadığı üçün, yəqin ki, avropalıların adət-ənənələrini götürüb. Unutmamalıyıq ki, biz tarix yazan, şərəfli və
qeyrətli ölkənin vətəndaşlarıyıq. Sovet dövründə 15 respublikaya örnək olan bir xalq olmuşuq. Bəs indi nə oldu?
Xatırladım ki, illər öncə Pakistan prezidenti və digər dövlət xadimləri Azərbaycana səfər etmişdilər. Bizim yerli kanallardan biri pakistanlı gənc
deputat xanımdan ölkəmiz haqqında müsahibə alırdı. Gənc deputat xanım müsahibəsində, “Mən Azərbaycana gələndə düşünürdüm ki, müsəlman
ölkəsidir. Burada işgüzar xanımlarla çox qarşılaşacam. Təəssüflər olsun ki, işgüzar xanımlardan çox açıq-saçıq görüntüdə olan xanımlara rast
gəldim”.
O zaman pakistanlı xanım deputatın sözlər mənə çox pis təsir etmişdi. Elə hey özüm-özümə sual verirdim ki, niyə axı belə olmalıyıq? Soyunmadan
ifa etmək, sənət nümayiş etdirmək olmur? Axı sən öz şəhvət hisslərinə övladlarını qurban verirsən. Övladlarımız sizin səhvləriniz ucbatından əzab
çəkir. Bunu başa düşün və anlayın”.
İfaçı bəzi şəxslərin onu köhnə fikirli adlandırmasına da münasibət bildirib:
“Bəlkə də indi kimlərsə deyəcək ki, “Ofelya köhnə fikirlidir”. Qətiyyən belə deyil. Çılpaq görünmək müasirlik deyil. Müasirlik sağlam düşüncə,
düzgün dünya görüşüdür. Efirdə görünən hər bir kəs anlamalıdır ki, gənclər və yeniyetmələr sizlərə baxıb dərs alır. Gəncləri yolundan azdıran
dərslər bizim xalqa lazım deyil.
Qeyd edək ki, Nigar Camalın “Dream Fest” geyimi müzakirələrə səbəb olmuşdu. (Yenisabah.az)