ain.az, News24 portalına istinadən məlumat verir.
ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə Ukraynada atəşkəs üçün verdiyi 7 avqust müddəti yaxınlaşarkən, Kreml raket siqnalı verdi. Atəşkəsə yanaşmayan Putin, müttəfiqi Belarusda "Oreşnik" adlı hipersəs raketlərini yerləşdirəcəklərini açıqladı.
News24.az xəbər verir ki, Tramp daha əvvəl bildirib ki, “Bu müharibə mənim yox, Baydenin səhvidir. Amma Rusiya ilə Ukrayna arasında qan tökülməsinə son verilməlidir. Əgər 7 avqusta qədər atəşkəs əldə olunmasa, Rusiyaya qarşı daha sərt iqtisadi sanksiyalar tətbiq edəcəyik.” Tramp həmçinin, Rusiya ilə əməkdaşlıq edən ölkələrə əlavə vergi tətbiq edilə biləcəyini də istisna etməyib.
Bu xəbərdarlığa cavab olaraq Putin, Belarus lideri Lukaşenko ilə Finlandiya sərhədi yaxınlığında “Oreşnik” raketlərinin nümayişini keçirdi. Putin bildirib ki, bu hipersəsli raketlərin Belarus ərazisində yerləşdirilməsi planlaşdırılır və bunun üçün uyğun məkan axtarılır.
Kreml, İstanbulda keçirilən son sülh danışıqlarında da Ukraynanın Krım, Luqansk, Donetsk, Xerson və Zaporojye bölgələrini Rusiya torpağı kimi tanımasını tələb edib. Tramp isə bu tələblərə cavab olaraq “Putin bütün Ukraynanı ələ keçirmək istəyir” deyib.
Hazırda hər iki tərəf arasında gərginlik daha da artıb və qarşıdakı günlərdə diplomatik və hərbi sahədə ciddi inkişaflar gözlənilir.
Xeyrənsə Piriyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.