AZ

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.

“Qafqazinfo” xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran şəhər sakini Həsən Mənsubov Serbiyada işlədiyi yüksəkmərtəbəli binadan yıxılıb.

Müxtəlif dərəcəli bədən xəsarəti alan H.Mənsubov Serbiyada xəstəxanaların birinə yerləşdirilib və 4 gün komada qalıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Qeyd edək ki, Həsən idmanın ağır atletika növü ilə məşğul idi.

Surxay Şahbazov



Seçilən
39
3
qafqazinfo.az

4Mənbələr