AZ

Ter Ştegenin zədəsi yeni transferin qeydiyyatına necə təsir edəcək?

style='margin-bottom:10px;'>

"Barselona"nın prezidenti Joan Laporta yeni qapıçı Joan Qarsiyanın qeydiyyatından danışıb. 

QOL.az xəbər verir ki, bu barədə jurnalist Viktor Navarro sosial şəbəkə hesabında məlumat yayıb. Laporta yeni oyunçunun qeydiyyatının belindən əməliyyat olunan futbolçusu Mark-Andre ter Ştegenin durumundan asılı olub-olmayacağı ilə bağlı sualı cavablandırıb:

"Yox, yox, bu, ter Ştegenin statusundan asılı deyil. Amma məsələ ondadır ki, ter Ştegenin yoxluğu – və siz də bilirsiniz ki, bu, çox böyük itkidir - Qarsiyanı qeydiyyatdan keçirmək üçün ən sürətli yoldur". 

Qeyd edək ki, "Barselona" Joan Qarsiyanın "Espanyol"dan transferini 18 iyunda rəsmən elan edib. Mark-Andre ter Ştegenin isə daha əvvəl 4 aya qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi.

Seçilən
10
1
teleqraf.com

2Mənbələr