AZ

Azərbaycan manatının dövretmə sürəti azaldı

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.

Sitat.info Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,01 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,08 bənd, ötən il iyulun 1-nə nisbətən isə 0,02 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Seçilən
15
12
sitat.info

10Mənbələr