AZ

Tanınmış bodibilder velosipeddən yıxılaraq öldü

Nüfuzlu "Superbody" turnirinin ikiqat mütləq qalibi, 46 yaşlı tanınmış macar bodibilder Bela Kati velosipeddən yıxılaraq ölüb.

Hurriyyet.az xəbər verir ki, məlumatı "Bors Online" portalı yayıb.

Faciə Kiprdə ailəvi istirahət zamanı baş verib. İdmançı velosiped gəzintisinə çıxıb və yıxılma zamanı başından ölümcül zədə alıb. Onun cəsədini yol kənarında yoldan keçənlər aşkar ediblər.

Faciəni bodibilderın həyat yoldaşı - eyni zamanda məşqçi və idmançı olan Diana Salamon da təsdiqləyib.

Axar.az

Seçilən
7
9
hurriyyet.az

10Mənbələr