AZ

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs polis tərəfindən saxlanılıb

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə SİA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələr və xəbər saytlarında yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilərək dərhal rayon polis əməkdaşları tərəfindən saxlanılı: "Faktla bağlı araşdırmalara başlanılıb və həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün tədbirlər görülür. Bu cür əməllərə qarşı qanunvericilik çərçivəsində ən sərt şəkildə mübarizə aparılır. Cinayət törədən şəxs layiqli cəzasını alacaq və uşaqların təhlükəsizliyinə yönəlmiş addımlar bundan sonra da qətiyyətlə davam etdiriləcək".

Seçilən
39
15
sia.az

10Mənbələr