Gürcüstanda, azərbaycanlıların yaşadığı Aşağı Oruzman kəndinin ərazisində aparılan beynəlxalq arxeoloji ekspedisiya zamanı mütəxəssislər təxminən 1 milyon 800 min il yaşı olan hominidin (müasir insana bənzər ən qədim insan tipi - red.) alt çənəsini aşkar ediblər.
Qeyd olunub ki, tapıntını Kaliforniyadan olan tələbə üzə çıxarıb. Ekspedisiya rəhbərinin sözlərinə görə, tapıntı arxeologiya elmi üçün kifayət qədər vacib əhəmiyyət daşıyır və Cənubi Qafqazda ilk hominidlərin sıx məskunlaşdığını təsdiqləyir.
Oxu.az