Çinli alimlər Sakit okeanın 9 min metr dərinliyində daha əvvəl qeydə alınmamış canlılar kəşf ediblər.
Moderator.az Publika.az - a istinadla xəbər verir ki, tədqiqat qrupu sualtı qayıqla dərinliklərə enərək boru qurdları, xərçəngkimilər və bakterial yataqlar aşkar edib.
Bakteriyalar əsasən kimyəvi birləşmələri enerji mənbəyi kimi istifadə edir, yəni üzvi maddələrlə deyil, kimyəvi reaksiyalarla qidalanırlar.
Alimlərin sözlərinə görə, bu ekosistemlər özünəməxsusluğu ilə seçilir və dəniz elmi üçün böyük əhəmiyyət daşıyır.
Bu kəşf 2023-cü ildə 8336 metr dərinlikdə müşahidə olunan ilbiz balığından sonra qeydə alınan ən dərin sualtı həyat nümunəsidir.