AZ

27 yaşlı gəlini əri öldürübmüş - Kamp qurarkən yaxalandı - FOTOlar

Türkiyənin Trabzon vilayətinin Beşikdüzü rayonunda dəhşətli bir hadisə baş verib.

Referans yerli mətbuata istinadən xəbər verir ki, boşanma ərəfəsində olduğu həyat yoldaşı 27 yaşlı Sinem Somunu silahla qətlə yetirən və daha sonra hadisə yerinə gələn məhəllə nəzarətçisi Emrah Eratanı ayağından yaralayan 30 yaşlı Ali Eren Somun hadisədən sonra qaçaraq gizlənib.

Onun axtarışları nəticəsində Sinop vilayətində çadır quraraq kamp etməyə çalışdığı yerdə yaxalandığı bildirilib.

Cinayətdən sonra qaçdı, çadır qurarkən həbs edildi

Cinayətdən sonra motosikletlə qaçan şübhəli üçün genişmiqyaslı axtarış əməliyyatı başladılıb. Araşdırmalar nəticəsində Ali Eren Somunun Sinop şəhərinin yaxınlığında, ucqar ərazidə kamp qurmağa çalışdığı müəyyən olunub. Polis qrupları tərəfindən keçirilən əməliyyatla şübhəli saxlanılıb./ Milli.Az

Seçilən
6
3
referans.az

4Mənbələr