AZ

İsrail ordusunun Qəzza zolağında gələcək fəaliyyəti... CNN

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Cari həftə HƏMAS atəşkəs razılaşmasını qəbul etməsə, İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunun Qəzza zolağında gələcək fəaliyyəti barədə qərar qəbul etməyəcək.

Bakupost.az xəbər verir ki, bu barədə CNN məlumatlı mənbəyə istinadən məlumat yayıb.

"Bu həftə qərar qəbul edilməyəcək. Bu, İsrail hökumətində anklavda üstünlük verilən fəaliyyət kursu ilə bağlı daxili fikir ayrılıqları fonunda baş verir", - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, bir neçə gün öncə bildirilmişdi ki, ABŞ və İsrail atəşkəs, həmçinin girovların azad edilməsi ilə bağlı danışıqların keçirildiyi Qətərin paytaxtından öz nümayəndə heyətlərini geri çağırdıqdan sonra HƏMAS hər hansı müzakirələrdə iştirak etməyi dayandırıb.

Bununla yanaşı, bir gün əvvəl HƏMAS anklavda humanitar vəziyyətin ciddi şəkildə yaxşılaşdırılması şərti ilə daimi atəşkəs və İsrail qoşunlarının Qəzzadan tam çıxarılması ilə bağlı danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
www.bakupost.az

4Mənbələr