AZ

Deputat xadiməni məhkəməyə verdi

Naxçıvan Ali Məclisinin deputatı Əli Abbasov sosial şəbəkələrdə haqqında yayılan məlumatlara görə məhkəməyə müraciət edib...

Poliqon modern.az-a istiandla xəbər verir ki, deputat 27 iyun 2025-ci il tarixində xadimə işləyən Pərvin Məmmədovanın (şərti ad) onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən, böhtan xarakterli paylaşımlar etdiyini əsas gətirərək, həmin şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verib.

Ərizədə qeyd olunur ki, Pərvin adlı şəxs deputat Əli Abbasovun guya qızının evinə zorla daxil olması, sərxoş halda avtomobil idarə etməsi, müəllim adına layiq olmaması və əvvəlki illərdə Şərur rayonunda bir neçə ailəni dağıtması kimi əsassız ittihamlar irəli sürüb.

Deputatın nümayəndəsi şikayət ərizəsini düzgün hazırlamadığı üçün məhkəmə işi icraata götürməkdən imtina edib.

Poliqon.info

Seçilən
28
25
poliqon.info

10Mənbələr