Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.
"Cebheinfo.az" xəbər verir ki, görüş "Qalatasaray" klubunun ev oyunlarını keçirdiyi "Ali Sami Yen İdman Kompleksi"ndə baş tutacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, oyun Türkiyənin "TV100" kanalında canlı yayımlanacaq.
"Cebheinfo.az"