ain.az, News24 portalına istinadən məlumat verir.
ABŞ-da 1943-cü ildə buraxılan nadir bir bronz qəpik – “Lincoln buğda penny”si kolleksiyaçılar arasında böyük maraq doğurub. Cəmi 20 ədəd olduğu düşünülən bu qəpik, açıq artırmalarda 1 milyon dollara qədər alıcı tapa bilir.
News24.az xəbər verir ki, İkinci Dünya Müharibəsi dövründə ABŞ-da mis qənaəti üçün qəpiklər əsasən poladdan hazırlanırdı. Lakin bəzi 1942-ci ilin mis planşetləri istehsalat xəttində qaldığı üçün səhvən 1943-cü ildə bronz qəpiklər basılıb. Bu səbəblə, həmin qəpiklər nadir və çox dəyərli hesab olunur.
Əgər sizdə 1943 tarixli qəpik varsa, onu mıknatısla yoxlayın. Polad qəpik mıknatısa yapışır, amma nadir bronz olan yapışmır. Qəhvəyi rəngdədirsə və mıknatıs çəkmirsə, ola bilər ki, sizdə milyonluq versiyası var.
Bu tip nadir sikkələr eBay kimi onlayn auksionlarda və numizmatik hərraclarda yüksək qiymətə satıla bilər. Amma öncə peşəkar ekspert tərəfindən orijinallığı təsdiqlənməlidir.
Bəlkə də, milyon dollar cibinizdədir – qəpiklərinizi yoxlamağa dəyər!
Xeyrənsə Piriyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.