ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Azərbaycanın Suriyada investisiyalara dair proqramları və layihələri müzakirə olunub".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir avqustun 2-də Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanması ilə bağlı tədbirdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, bu, Azərbaycan və Suriya arasında həyata keçirilən sonuncu layihə deyil:
"Qaz ixracı ilə bağlı bu razılaşma iki ölkə arasında əməkdaşlığın yalnız bir mərhələsidir. Qarşıda daha böyük layihələr planlaşdırılır".
M.Əl Bəşir əlavə edib ki, tədbir çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirilən görüşdə gələcək əməkdaşlıq istiqamətləri daha ətraflı müzakirə olunub:
"Qardaşım Mikayıl Cabbarovla görüş zamanı birgə görüləcək işlər barədə geniş fikir mübadiləsi apardıq. Azərbaycan və Suriya arasında texniki qrupların qarşılıqlı səfərləri təşkil olunacaq.
Fürsətdən istifadə edərək Azərbaycana, azərbaycanlı qardaşlarımıza, eləcə də dost Türkiyə və Qətər dövlətinə dərin təşəkkürümü bildirirəm".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.