Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakıda atası tərəfindən bank kartına pul göndərilən qadın döyülüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Masallı rayonunda qeydiyyatda olmaqla Bakının Nərimanov rayonuda yaşayan 1994-cü il təvəllüdlü Məhəmməd Məmmədov (soyad şərtidir) 2023-cü ildə ailə qurur. Birgə nikahdan ailənin bir övladı dünyaya gəlir.
Bir müddətdən sonra Məhəmməd xəbər tutur ki, onun həyat yoldaşı ondan gizli bank kartı işlədir və ondan şübhələnməyə başlayır. Bir neçə gün öncə evə sərxoş vəziyyətdə gələn Məhəmməd yataq otağında olarkən həyat yoldaşının kartına yenidən pul göndərildiyini görür və cütlük arasında mübahisə yaranır. Qadına pulu atasının göndərdiyi məlum olsa da, Məhəmməd ona inanmır və mübahisə nəticəsində o, həyat yoldaşını yumruq və təpik zərbələri ilə döyür.
Qadın evdən qaçaraq küçəyə çıxır və polisə məlumat verir. Hadisə yerinə polis əməkdaşları gəlir və Məhəmməd saxlanılır. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilir və faktla bağlı cinayət işi başlanır.
Məhkəmə prosesində həyat yoldaşı Məhəmmədin bağışlamır və ona cəza verilməsini istəyir.
Məhkəmənin hökmü ilə M.Məmmədov 3 ay azadlıqdan məhrum edilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.