AZ

“Şkendiya”nın sürpriz qələbəsinin azərbaycanlı şahidi “belə rəqiblərə qol vurmaq çox çətindi”

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Məlum olduğu kimi, “Şkendiya” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin hər iki oyununda FKSB-ni məğlub etdi (1:0, 2:1) və “Qarabağ”a rəqib oldu. Komandaların Rumıniyada keçirilən matçını stadiondan izləyənlər arasında azərbaycanlı jurnalist Abbas Zahidi də olub. Onunla əlaqə saxlayaraq sözügedən oyun, “Şkendiya” və bu komandanın “Qarabağ”a qarşı keçirəcəyi görüşlər haqda fikirlərini öyrəndik. Həmkarımızın “Football-plus.az”a cavabı:

“Məncə, “Şkendiya” dünən azsaylı şanslardan birindən istifadə edərək qələbə qazandı. FKSB daha keyfiyyətli komandadı. Ancaq ötən mövsüm avrokuboklardakı uğurlu çıxışdan sonra futbolçularda ruh düşkünlüyü hiss edilir. “Qarabağ”da da “Bayer-04”ə qarşı matçlardan sonra belə durum yaranmışdı. Rumıniya təmsilçisi arxayınlığın qurbanı oldu. Oyun heç-heçə və ya FKSB-nin qələbəsiylə bitə bilərdi. Düşünürəm ki, “Qarabağ” bütün Şimali Makedoniya klublarından üstündü. Həmçinin İrlandiya futbolunun səviyyəsi daha yüksəkdi. Yəni “Şelburn”a 4 cavabsız qol vuran komanda “Şkendiya”nı da mübarizədən kənarlaşdıra bilər. Ancaq diqqət edilməli məqamlar var. Bu rəqib ən kiçik boşluqları maksimum dəyərləndirir, 90 dəqiqə ayıq-sayığlığı qoruya bilir. Oyun ərzində taktiki gedişlər edir. Konkret sistemlə oynamırlar, ancaq qapalı oyuna üstünlük verirlər. Belə rəqiblərə qol vurmaq çox çətindi. İş ondadı ki, qol buraxsalar, dərhal önə atıla bilirlər. Qol duyumları yüksəkdi. “Qarabağ” açıq futbola üstünlük verir. Lakin “Şkendiya” bu təkliflə çıxış etməyəcək. Çünki nəticəyönümlü oynayırlar. Amma ümumi baxsaq, tam “Qarabağ”ın “dişinə görə” olan komandadı. Ağdam təmsilçisi belə rəqiblərlə xeyli oyun keçirib. Bəli, əksəriyyətində minimalhesablı qələbə qazanıb, lakin nəticə sərfəli olub. Bununla belə, “Şkendiya” ilə oyunlarda arxayınlığa yer yoxdu. Diqqətimi cəlb edən məsələlərdən biri də Şimali Makedoniyadan Rumıniyaya 200-250 azarkeşin gəlməsi idi. Bu klubun səfərdə bu qədər tərəfdar tərəfindən dəstəklənməsi məni təəccübləndirdi”.

KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
icma.az

2Mənbələr