
Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe şahidlərə müdaxilə və dələduzluq ittihamları ilə 12 il ev dustaqlığına məhkum edilib.
Yeniavaz.com BBC telekanalına istinadla xəbər verir ki, 73 yaşlı siyasətçi ölkə tarixində cinayətdə mühakimə olunan ilk keçmiş prezident olub.
Ona həmçinin dövlət vəzifələrində işləmək qadağan edilib və 578 min dollar cərimə ödəməyə məhkum edilib.
Sabiq dövlət başçısının vəkilləri hökmdən apellyasiya şikayəti vermək niyyətində olduqlarını bildiriblər.
Qeyd edək ki, iyulun 28-də Eredia Uribeni şahidə rüşvət verməkdə və məhkəmə heyətini aldatmaqda təqsirli bilib.