AZ

Siyahı böyüyür: Bu ölkə də Fələstin dövlətini tanıya bilər

Finlandiya prezidenti Aleksander Stubb hökumət tərəfindən Fələstin dövlətinin tanınması ilə bağlı təklif təqdim olunacağı təqdirdə, bu planı qəbul etməyə hazır olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Bildirib ki, həm israillilər, həm də fələstinlilər uzun müddətdir əziyyət çəkir və bölgədəki böhranın yeganə həlli iki dövlət modelinə əsaslanan sülh yoludur.

“Qəzzada uşaqlar aclıq çəkir, ərzaq yardımı daxil olmur. Mülki vətəndaşlar sülhə əsaslanan bir həll yolu gözləyirlər. Həmas və bəzi dövlətlər hələ də İsrailin varlığını tanımır. Buna görə, bölgədə sülhün bərqərar olması üçün hər iki tərəfin də tanınması vacibdir”, - deyə o vurğulayıb.

Stubb Fransa, Böyük Britaniya və Kanada kimi ölkələrin də Fələstin dövlətini tanımaq planlarına diqqət çəkib:

“Finlandiya da belə bir addım atarsa, sülhü təşviq etmiş olacaq. Lakin eyni zamanda, İsraili tanımayan ərəb dövlətlərinin də bu addımı atması vacibdir”.

Seçilən
25
publika.az

1Mənbələr