AZ

KİV: Trampın tarif hədəsinə baxmayaraq Hindistan Rusiyadan neft idxalını davam etdirir

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın gömrük tarifinin yüksəldiləcəyi ilə bağlı təhdidinə baxmayaraq, Hindistan Rusiyadan neft icxalını davam etdirəcək.

APA-nın xəbərinə görə, bu barədə “The New York Times”-ə Hindistanın iki yüksək vəzifəli şəxsi bildirib.

Qeyd edilib ki, hökumət yerli neft şirkətlərinə Rusiyadan neftin idxalını dayandırmaqla bağlı hər hansı göstəriş verməyib.

Qeyd edək ki, avqustun 1-də Hindistanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Randhir Jasival da rəsmi Dehlinin Rusiya neftinin idxalı ilə bağlı siyasətinin dəyişməyəcəyini bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
3
apa.az

4Mənbələr