AZ

Olimpiya çempionu Bakıda keçiriləcək toplanışa gələcək

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa Gimnastikası (EG) bədii gimnastlar üçün növbəti təlim-məşq toplanışlarının keçiriləcəyini elan edib.

İdman.biz xəbər verir ki, növbəti toplanış oktyabrın 13-19-da Bakıda qrup hərəkətləri komandaları üçün təşkil olunacaq.

Milli Gimnastika Arenasında keçiriləcək məşqlərə rəhbərlik edəcək mütəxəssislər və ekspertlər arasında Tokio-2020 Olimpiya çempionu Linoy Aşram (İsrail) da yer alacaq. Dəvət olunan digər mütəxəssislər arasında italiyalı Culyetta Kantaluppi də var.

Toplanışa Avropa Gimnastikasının Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Yevgeniya Vilyayeva rəhbərlik edəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
icma.az

2Mənbələr