Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
“İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Bu təbii qaz vasitəsilə təqribən 1 200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək. Suriyaya qaz ixracı nəticəsində oradakı elektrik stansiyaları da yaxın zamanda fəaliyyətə başlayacaq”.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbirdə deyib.
O vurğulayıb ki, bu gün Türkiyənin Kilis şəhərində tarixi bir ana şahidlik edirik: “Türkiyə-Suriya dostluğunun enerji sahəsində ən önəmli nişanı olan Türkiyə-Suriya təbii qaz boru kəməri xəttinin açılışı üçün toplaşmışıq.
Bu beynəlxalq layihədə birliktə çalışdığımız Suriya, Azərbaycan və Qətərə təşəkkür edirəm. Bu təbii qaz boru xəttinin ölkələrimiz və xalqlarımıza bərəkət, rifah, bölgəmizdə isə sülh gətirməsini diləyirəm”.
SOCAR ilə birlikdə Azərbaycan qazının Türkiyə-Suriya sərhədində təhvil verilməsini nəzərdə tutan “swap” (mübadilə) razılaşmasının imzalandığını bildirən A. Bayraktar kədərli və sevincli günlərdə daim Türkiyənin yanında olan Azərbaycanın bu layihədə də dəstəyini əsirgəmədiyini qeyd edib.
Azərbaycanın təbii qazının Kilis vasitəsilə Suriyaya ixrac olunacağını söyləyən nazir “Yavuzlu Ölçmə” Stansiyasından gündəlik 6 milyon kubmetr təbii qazın nəql olunacağını bildirib.
“Bu layihə Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək və ölkəyə geri qayıdış prosesini sürətləndirəcək”, – nazir vurğulayıb.
A.Bayraktar, həmçinin qeyd edib ki, hazırda Türkiyə Suriyaya 8 fərqli nöqtədən elektrik enerjisi ixrac edir.
Onun sözlərinə görə, Türkiyə Suriyaya elektrik enerjisi ixracının həcmini ilkin mərhələdə 25%, daha sonra əlavə edilən xətlərlə 2 dəfədən çox artırmağı hədəfləyir: “İşlər tamamlandığında bağlantı həcmimiz 860 megavata çatacaq və Suriyadakı 1,6 milyon evin elektrik enerjisi ehtiyacını qarşılayacağıq”.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.