AZ

Klyuçevskaya Sopka vulkanı 9 km hündürlüyə külpüskürdü

BAKI, 2 avqust. TELEQRAF

Rusiyanın Kamçatka yarımadasında yerləşən Klyuçevskaya Sopka vulkanı təxminən 9 kilometr yüksəkliyə kül püskürüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Bildirilir ki, vulkandan çıxan kül dəniz səviyyəsindən 9 min metr hündürlüyə qalxıb.

Qeyd edək ki, iyulun 30-da Kamçatkada 8,7 bal gücündə zəlzələ baş vermişdi.

Bu zəlzələnin ertəsi günü, iyulun 31-də isə vulkanın kül püskürməsi qeydə alınıb.

Seçilən
52
4
teleqraf.com

5Mənbələr