AZ

Zəngəzur dəhlizi ilə bütün enerji resursları və logistik yollar TÜRKİYƏYƏ ÇATDIRILACAQ

Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji resursları və logistik yollar Türkiyəyə çatdırılacaq.

Viral.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə-Suriya qaz boru kəmərinin açılışı mərasimi çərçivəsində Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar jurnalistlərə açıqlamasında bildirib..

Onun sözlərinə görə, hazırda Azərbaycandan elektrik enerjisi Gürcüstan üzərindən Türkiyəyə çatdırılır.

Son Yazılar:

“Eyni zamanda Orta Asiyadakı digər enerji mənbələri və digər logistik məsələlər Azərbaycan üzərindən Türkiyəyə, Türkiyə üzərindən isə Avropaya çatdırılacaq”, – nazir qeyd edib.

Alparslan Bayraktar vurğulayıb ki, Azərbaycandakı təbii sərvətlərin – neft, qaz, bununla yanaşı elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələri Azərbaycanla birlikdə aparılır.

“Bu istiqamətdə mühüm irəliləyişlər var. Bu günədək həyata keçirilən layihələrə misal olaraq Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum kəmərləri, eləcədə Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm”, – nazir əlavə edib

Seçilən
32
14
viral.az

10Mənbələr