İngiltərənin "Mançester Yunayted" klubunun məşhur şotlandiyalı keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson Şotlandiya millisində çıxış etməklə məşhurlaşan "Tottenhem"in keçmiş futbolçusu Deyv Makay haqqında danışıb.
Publika.az xəbər verir ki, “Give me Sport” Ferqyusonun sözlərini sitat gətirib:
"Makay fantastik oyunçu idi. Deyv tarixin ən cəsur futbolçusu idi, o, fantastik, bacarıqlı oğlan idi. O, istənilən mövqedə oynaya bilərdi".
Xatırladaq ki, Deyv Makkay şotlandiyalı futbolçu və məşqçi, Britaniya futbol tarixinin ən böyük oyunçularından biri olub. 1934-cü ildə anadan olub, 2015-ci ildə vəfat edib. O, yarımmüdafiəçi kimi çıxış edib.