AZ

Aprel şəhidinin atası vəfat etdi - Foto

Aprel döyüşləri şəhidi Orxan Hümmətovun atası​ vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Şəkinin Kiş kəndindən olan şəhid atası Kazım Hümmətov ötən gün 63 yaşında dünyasını dəyişib.

Onun onkoloji xəstəlikdən həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, O. Hümmətov 4 noyabr 1992-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. Aprel döyüşlərində Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşub. 2016-cı ilin aprelin 2-si həmin istiqamətdə şəhid olub.

Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif
edilib.

Mübariz Muradov


Seçilən
22
6
qafqazinfo.az

7Mənbələr