Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsində batan ata və oğlunun meyitləri sudan çıxarılıb.
Oxu.Az xəbər verir ki, sudan çıxarılan şəxslərin Elvin Ağayev və onun oğlu Mövsüm Ağayev olduğu bildirilir.
Qeyd edək ki, hadisə ötən gün baş verib.
Onların axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunmuşdu.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Aqil Vəlili
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.