AZ

Əşrəf 15 ilə qədər həbs oluna bilər: Zorlama ittihamı irəli sürüldü

Nanter prokurorluğu məhkəmədən PSJ-nin müdafiəçisi Əşrəf Hakimiyə qarşı 2023-cü ildə zorlama iddiası ilə ittiham irəli sürüb.

Publika.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Mənbənin sözlərinə görə, istintaq hakimi yekun ittiham aktının şərtlərini təsdiq və ya təkzib etməli olacaq. Günahı sübuta yetirilərsə, mərakeşli futbolçunu 15 ilə qədər həbs cəzası gözləyir.

Hakimi cinayətdə 2023-cü ildə ittiham olunub. Həmin ilin dekabrında futbolçu ona qarşı ittihamlar irəli sürüləndən sonra ilk dəfə zərərçəkmiş olduğu iddia edilən şəxslə müstəntiqin kabinetində görüşüb. PSJ-nin müdafiəçisi günahını inkar edir.

Seçilən
20
publika.az

1Mənbələr