AZ

“Azeri Light” bu gün də ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,33 ABŞ dolları və ya 1,82% azalaraq 71,37 ABŞ dollarına enib.

Qeyd edək ki, ötən gün neftimiz 72,70 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Seçilən
10
41
demokrat.az

10Mənbələr