AZ

Messiyə təklif olunan müqavilənin detalları

Lionel Messinin “İnter Mayami” ilə müqaviləsini uzadacağı gözlənilir.

Futbolpress.az xəbər verir ki, MLS təmsilçisi argentinalı oyunçuya 3 illik müqavilə təklif edib. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Müqavilənin detallarına görə, Messi istədiyi vaxt karyerasını bitirmək haqqına sahib olacaq. Ona eyni zamanda karyerasını bitirəndən sonra klubda rəhbər postlardan birini tutmaq imkanı veriləcək.

Messi bu mövsüm 23 oyunda 19 qol vurub.

Seçilən
22
1
futbolpress.az

2Mənbələr