AZ

Viktor Osimhen 4 il “Qalatasaray”da

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İstanbulun “Qalatasaray” klubu İtaliyanın “Napoli” klubunun nigeriyalı futbolçusu Viktor Osimhenin transferini başa çatdırıb. Futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Qalatasaray” Osimhen üçün 75 milyon avro ödəyib və bu, Türkiyə çempionatının yeni rekordu olub.

Viktor Osimhenin 26 yaşı var, o, ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirib. Forvard klubda müxtəlif turnirlərdə 41 oyun keçirib, 37 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçu 26 qolla Türkiyə çempionatının bombardiri olub.

M.HACIXANLIXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
xalqqazeti.az

7Mənbələr