
Kolumbiyanın sabiq prezidenti Alvaro Uribe şahidi ələ almaqda təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib, lakin məhkəmə bu cəzanı ev dustaqlığı ilə əvəz edib.Hökm radio stansiyası Caracol Radionun saytında yayımlanan məhkəmə iclasında səsləndirilib.“Hakimiyyət Alvaro Uribe Velezi 144 ay, yəni 12 il müddətinə azadlıqdan məhrum edir, üstəlik 2 420,5 minimal əmək haqqı həcmində cərimə və 100 ay 20 gün müddətinə dövlət vəzifəsi tutmaq hüququndan məhrum edir,” – deyə hakim Sandra Eredia bildirib.Eyni zamanda, o, “təqsirləndirilən şəxsin cəzasının ev dustaqlığı ilə əvəz olunmasına” qərar verib.Hakim Eredia 28 iyulda Uribeni şahidi ələ alma və ədalət orqanlarını aldatma maddələri ilə təqsirli bilmişdi. Keçmiş prezidentin vəkilləri qərarı apellyasiya qaydasında mübahisələndirmək niyyətindədirlər.Ulusum.az
Diqqət Çəkənlər
İsti havanın beynə gözlənilməz təhlükəsi açıqlandı
Nyu-Yorkda faciəvi hücum: Həlak olan polis əməkdaşına ehtiramla vida - VİDEO
İrandan Rusiyaya “kahı” adıyla narkotik aparılırmış – Gömrükdə ələ keçdi