AZ

Şəmkirdə ana dili sevgisi

Şəmkirdə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan dili” adlı toplantı təşkil olunub.

Rayon icra hakimiyyəti və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən toplantıda qeyd edilib ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib.

Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması məhz Ulu öndərin adı ilə bağlıdır. Ana dilimizi qorumaq üçün mühüm addımlar atan ümummilli lider Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir.

Tədbir çərçivəsində məktəblilərin ifasında ana dilimizə həsr olunan şeirlər səsləndirilib, rəqslər və musiqili kompozisiyalar təqdim edilib.

XQ

Seçilən
7
2
xalqqazeti.az

3Mənbələr