AZ

Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəkləməkdə qərarlıyıq

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran Prezidenti Məsud Pezeşkian İranı müdafiə etmək və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəkləməkdə davam edəcəklərini bildirib.

Bizimyol.info xəbər verir ki, İran Prezidenti bu barədə Fələstində İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünün birinci ildönümü ilə əlaqədar "X" sosial media platformasında yazıb.

"Keçən il səlahiyyət müddətimin ilk günündə rəsmi qonağımız, azadlıqsevər qardaşımız İsmayıl Haniyə sionist rejim (İsrail) tərəfindən qətlə yetirildi və şəhid oldu. Bu rejimin Qəzzada, İranda və regionda törətdiyi hərbi cinayətlər insanlıq üçün utanc mənbəyidir", - deyə İran Prezidenti qeyd edib.

Prezident Pezeşkian: "Biz İranı müdafiə etmək və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəkləmək mövqeyimizdə qətiyyətliyik. Şəhid qonağımızı hörmətlə yad edirik", - deyə əlavə edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
bizimyol.info

1Mənbələr