Dələduzluğa görə axtarışda olan şəxslər saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının avqustun 1-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.