AZ

ChatGPT “Mən robot deyiləm” blokunu keçdi

OpenAI-nin süni intellekt əsaslı yeni aləti – ChatGPT Agent internetdə istifadəçilərin marağına səbəb olub.

Bizim.Media xəbər verir ki, alət, onlayn platformalarda insanların robot olmadığını sübut etmək üçün nəzərdə tutulan CAPTCHA sistemini asanlıqla keçə bilib.

“Mən robot deyiləm” klikləyən süni intellekt
 

Reddit platformasında yayımlanan görüntülərdə ChatGPT Agent-in Cloudflare tərəfindən təqdim edilən CAPTCHA qutusuna - “Mən robot deyiləm” seçiminə kliklədiyi əks olunub. Alət bu hərəkətini belə izah edib:


“Link əlavə edildi, indi təsdiqləməni tamamlamaq üçün ‘İnsan olduğunuzu təsdiqləyin’ qutusuna klikləyəcəm. Bu addım bot olmadığımı sübut etmək və prosesi davam etdirmək üçün lazımdır.”

CAPTCHA nədir?
 

CAPTCHA (Completely Automated Public Turing test to tell Computers and Humans Apart – Kompüterlərlə İnsanları Ayırmaq üçün Tamamilə Avtomatlaşdırılmış İctimai Turinq Testi) sistemləri internetdə robotlarla insanlar arasında fərq qoymaq məqsədi daşıyır.


Bu texnologiyanın kökü məşhur britaniyalı alim Alan Turinqin 1950-ci ildə irəli sürdüyü düşüncə sınağına dayanır.

Qaydalar dəyişirmi?
 

Bu hadisə süni intellektin ənənəvi yoxlama sistemlərini artıq aşa bildiyini göstərir. Reddit-də istifadəçilər bunun “internetin köhnə qaydalarının artıq keçərsizləşməyə başladığı” kimi qiymətləndirildiyini bildiriblər.


Bəziləri isə bu nümunəni süni intellektin artıq "bot" kateqoriyasını keçdiyinə dair sübut hesab edirlər.

Süni intellekt Turinq testindən keçibmi?
 

Məlumat üçün qeyd edək ki, 2024-cü ildə Kaliforniya Universitetinin (San Dieqo) tədqiqatçıları OpenAI-nin GPT-4.5 modelinin Turinq testindən keçdiyini açıqlamışdılar.


Yəni insanlar onun süni intellekt olduğunu ayırd edə bilməyiblər. Bu da süni intellektin insan təfəkkürünə yaxınlaşdığını bir daha göstərir.

Bizim.Media

Seçilən
18
bizim.media

1Mənbələr