AZ

Dua Lipa bu ölkənin də vətəndaşlığını aldı - Fotolar

Böyük Britaniyanın məşhur müğənnisi Dua Lipa qismən tanınan Kosovo Respublikasının vətəndaşlığını alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kosovo Prezidenti Vjosa Osmani instaqram hesabında paylaşım edib. 

O bildirib ki, Dua və Kosovo bir-birinə bağlıdır: “Evinə xoş gəldin, Dua...

Bu gün Dua Lipaya Kosovo Respublikasının vətəndaşlığını vermək şərəfinə nail oldum. O, dünyanın ən böyük səhnələrində çıxış edib və milyonların ilham mənbəyinə çevrilib. Duanın gənclərimiz, sənətimiz və ölkəmizin beynəlxalq imici üçün etdiyi hər şeyə görə minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, Lipa Londonda doğulub. Onun valideynləri Kosovoludur.  O, üç il əvvəl Albaniya vətəndaşlığı da alıb.






Seçilən
15
3
qafqazinfo.az

4Mənbələr