AZ

Tramp: Rusiya sanksiyalarla bacarır, lakin ABŞ onları sərtləşdirəcək

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Rusiya rəhbərliyi sanksiyaların öhdəsindən yaxşı gəlir, lakin ABŞ yenə də yeni məhdudiyyətlər tətbiq etməyə hazır olacaq.

Bizimyol.info xəbər verir ki, bunu "Newsmax"a müsahibəsində ABŞ prezidenti Donald Tramp deyib.

Amerika liderindən Ukrayna ilə bağlı ayrılan 10 gün ərzində razılaşma əldə olunmasa, nə edəcəyini soruşublar. "Biz sanksiyalar tətbiq edəcəyik. Rusiya prezidenti Vladimir Putin sanksiyaların öhdəsindən gəlməyi çox yaxşı bacarır, o, onlardan necə yayınmağı bilir", - deyə Tramp cavab verib.

Tramp yenidən Ukraynada baş verənləri “ABŞ-ın keçmiş prezidenti Co Baydenin müharibəsi” adlandırıb və əlavə edib ki, əgər dərhal ikinci müddətə hakimiyyətdə qalsaydı, bu münaqişəyə imkan verməzdi. "Bununla bağlı heç bir söhbət olmayıb. Mən Putinlə yaxşı yola gedirdim", - deyə o qeyd edib.

Tramp bundan əvvəl Rusiya və Ukrayna arasında razılaşma əldə etmək üçün 50 günlük müddət təyin etdiyini, bundan sonra Moskva və onun ticarət tərəfdaşlarına 100 faizlik ticarət rüsumları tətbiq etmək niyyətində olduğunu bildirmişdi. İyulun 29-da o, Rusiyadan və nizamlanmada irəliləyişdən məyus olduğunu və buna görə də müddəti 10 günə qədər qısaltdığını bildirib. ABŞ-ın BMT-dəki müvəqqəti işlər vəkili Con Kellinin daha sonra dediyi kimi, Tramp hesab edir ki, Rusiya və Ukrayna avqustun 8-dək sülh yolu ilə nizamlanma haqqında razılığa gəlməlidir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 30-da keçirdiyi brifinqdə bildirib ki, Rusiya iqtisadiyyatı Qərbin sanksiyaları altında uğurla fəaliyyət göstərir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
50
icma.az

10Mənbələr