ain.az, Idman.biz saytına istinadən bildirir.
Gənclər və idman naziri Fərid Qayıbov Bərdə şəhərinə səfəri çərçivəsində Bərdə Olimpiya İdman Kompleksinin mövcud vəziyyəti ilə maraqlanıb.
İdman.biz xəbər verir ki, kompleksin hazırkı şəraiti barədə ətraflı məlumat alan nazir infrastrukturun inkişafı və fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Daha sonra Fərid Qayıbov Yevlax rayonunda inşası davam edən Olimpiya İdman Kompleksində aparılan tikinti işləri ilə maraqlanıb. Layihənin icra vəziyyəti və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb.Nazir kompleksin inşasının keyfiyyətlə və müəyyən olunmuş vaxt çərçivəsində başa çatdırılmasının vacibliyini vurğulayıb.Qeyd edək ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək III MDB Oyunları çərçivəsində boks yarışları Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.