Bu gündən Türkiyənin Kilis şəhərindən Azərbaycan qazının Suriyaya ixracı başlayır.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, istifadəyə verilən boru xətti ilə gündəlik 3.4 milyon kubmetr qaz ötürüləcək.
Bu isə təxminən 5 milyon suriyalı ailənin ehtiyacını ödəmək üçün kifayətdir.
Enerji ekspertləri bildirirlər ki, bu addım Suriya müharibədən zərər çəkmiş enerji infrastrukturunun sabitləşməsinə və daha genişmiqyaslı bərpa proseslərinin başlamasına töhfə verə bilər.
Qeyd edək ki, Azərbaycan bu günə kimi 12 ölkəyə qaz ixrac edir. Ölkəmiz üçün yeni coğrafiya formalaşır - Suriya həm özü Azərbaycan qazını idxal edə bilər, həmçinin tranzit ölkə rolunu oynaya bilər.