Amerikalı sahibkar İlon Mask Avropa İttifaqının (Aİ) bütün ölkələrini blokdan çıxmağa çağırıb.
Bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
Mask başqa bir istifadəçinin IREXIT-in zəruriliyi - İrlandiyanın Avropa İttifaqından çıxması ilə bağlı yazısını belə şərh edib:
“İrlandiya Aİ-dən çıxmalıdır. Fikrimcə, bütün ölkələr bunu etməlidir”.
Onun sözlərinə görə, Aİ Avropada demokratiyanı məhv edir.
"Cebheinfo.az"