AZ

 Süni intellekt səbəbiylə yox olma ehtimalı…

  “İndiki yolumuza davam etsək, bəşəriyyətin süni intellekt səbəbiylə yox olma ehtimalı ən azı 95 faizdir”.

Referas “Report”a istinadən xəbər verir ki, bunu “Google” və “Microsoft”un keçmiş mühəndisi, hazırda Maşın Kəşfiyyatı

Tədqiqat İnstitutunun prezidenti Neyt Soares bildirib. “Əgər hazırkı kursumuzu davam etdirsək, məhv olmaqdan qaçmaq

şansımız demək olar ki, qalmayacaq. Biz 100 km/saat sürətlə uçuruma doğru gedirik”, – deyə o bildirib. Onu Nobel mükafatı

laureatı Ceffri Hinton, riyaziyyatçı Yoşua Bencio və “OpenAI”, “Anthropic” və “Google DeepMind”ın rəhbərləri də dəstəkləyib.

Onların birgə bəyanatında deyilir: “İnsanların süni intellektə görə yox olma riskinin azaldılması pandemiya və nüvə təhlükələri ilə

yanaşı qlobal prioritet olmalıdır”. Qeyd edilib ki, narahatlıqlar aldatmağa, planlaşdırmağa və nəzarətdən çıxmağa qadir olan super

ağıllı süni intellektin yaranması ehtimalı ilə bağlıdır. Belə ki, hazırda süni intellekt artıq yalan danışa bilir və onun daxili prosesləri

insanlar üçün çox vaxt anlaşılmaz olur.  

Seçilən
13
2
referans.az

3Mənbələr